Modern.az

Evdən 69 yaşlı qadının meyiti tapıldı

Evdən 69 yaşlı qadının meyiti tapıldı

Aktual

10 May 2022, 16:26

Bakıda mənzildən meyit tapılıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, paytaxtın Yasamal rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb. Orada aşkarlanan 69 yaşlı Arjevitina Yekaterina Konstantinovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı