Modern.az

Bakıda IV kurs tələbəsi vəfat etdi

Bakıda IV kurs tələbəsi vəfat etdi

Aktual

2 İyun 2022, 17:10

Bakı Slavyan Universitetinin Tərcümə fakültəsinin IV kurs tələbəsi Vəliyeva Mərziyyə Nazim qızı uzun sürən ağır xəstəlikdən vəfat edib.

 

BSU-dan Modern.az-a verilən məlumata görə, Mərziyyə Vəliyeva universitetdə oxuduğu müddət ərzində özünü intizamlı, hazırlıqlı, ünsiyyətcil, məsuliyyətli və bacarıqlı tələbə kimi göstərə bilib, yoldaşlarının hörmət və rəğbətini qazanıb.

 

BSU-nun rəhbərliyi, professor-müəllim heyəti və tələbələri bu acı xəbərdən məyus olduğunu bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər.

 

Allah rəhmət eləsin!

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı