Məhkəmə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi, general-polkovnik Onik Qasparyanın ölkənin dördüncü prezidenti Armen Sarkisyana və hazırkı baş nazir Nikol Paşinyana qarşı iddiasını təmin etməyib.
Modern.az-ın məlumatına görə, İnzibati Məhkəmədə hakim Rafik Xandanyanın sədrliyi ilə keçirilən proses barədə KİV-ə Onik Qasparyanın nümayəndəsi Şuşanik Stepanyan bildirib.
Onik Qasparyan məhkəmədən Ermənistanın sabiq prezidenti Armen Sarkisyanın və baş nazir Nikol Paşinyanın onun vəzifəsindən azad edilməsi haqqında 2021-ci ildə verdikləri qərarların ləğvini tələb etmişdi.