Modern.az

İlk sərbəst yürüşün ən sürətlisi Peres oldu

İlk sərbəst yürüşün ən sürətlisi Peres oldu

Aktual

10 İyun 2022, 16:04

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş başa çatıb.

 

Modern.az-ın məlumatına görə, "Red Bull"un pilotu Serxio Peres ən yaxşı nəticəni göstərib.

 

"Ferrari"dən Şarl Lekler ikinci, Peresin komanda yoldaşı Maks Ferstappen üçüncü olub.

 

15:04***

 

Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisində ilk sərbəst yürüşə start verilib.

 

Modern.az-ın məlumatına görə, “Formula-2” pilotlarının ardınca “Formula-1” komandaları bolidlərini sınaqdan keçirməyə başlayıblar.

 

Saat 15:00-da start götürən birinci sərbəst yürüş bir saat çəkəcək. Komandalar saat 18:00-dan 19:00-dək ikinci sərbəst yürüşə qatılacaq.

 

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-də başa çatacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı