Modern.az

Avropa çempionu olan millimiz Bakıya qayıtdı

Avropa çempionu olan millimiz Bakıya qayıtdı

Current

13 İyun 2022, 08:00

Mini-futbol üzrə Avropa çempionu olmuş Azərbaycan milli komandası Bakıya qayıdıb.

 

Modern.az xəbər verir ki, idmançılarımızı hava limanında azarkeşlər və media nümayəndələri qarşılayıblar.

 

Xatırladaq ki, Azərbaycan mini-futbol millisi Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında qalib olub. Milli komandamız finalda Rumıniya ilə üz-üzə gəlib. Qarşılaşma komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da yığmamız Avropa çempionu olub.

 

Qeyd edək ki, bu, Azərbaycan millisinin 10-cu dəfə təşkil edilən Avropa çempionatında ilk çempionluğudur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı