Modern.az

Qala divarına “Z” hərfi yazılıb? - Rəsmi açıqlama

Qala divarına “Z” hərfi yazılıb? - Rəsmi açıqlama

Güncel

14 İyun 2022, 23:23

Bəzi kütləvi informasiya vasitələrində İçərişəhərin Qala divarları üzərində vandalizm aktı törədildiyi barədə məlumatlar yayılıb.

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Modern.az-a bildirilib ki, həmin məlumatlar həqiqəti əks etdirmir.

 

Belə ki, sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində qeyd olunan yazı Qala divarlarının üzərində deyil, 1-ci Qəsr döngəsi 84 ünvanında yerləşən fərdi yaşayış evinin qapısı üzərində yazılıb və bununla da İçərişəhərin heç bir abidəsinə zərər yetirilməyib.

 

Hadisəni törədən şəxs Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Saxlanılan şəxs barəsində aidiyyəti üzrə tədbirlər görülüb.

 

Xatırladaq ki, bu gün bir sıra kütləvi informasiya vasitələrində İçərişəhər qala divarında Rusiyanın Ukraynadakı hərbi əməliyyatının simvolu olan “Z” hərfi yazıldığı bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı