Modern.az

Deputatdan qadınlara 8 Mart hədiyyəsi - FOTOLAR

Deputatdan qadınlara 8 Mart hədiyyəsi - FOTOLAR

Current

7 Mart 2013, 14:47

Beynəlxalq qadınlar günü ərəfəsində Lənkərandan deputat seçilmiş Hadi Rəcəbli seçicilərdən bir qrupunun bayramını təbrik edib. Modern.az-ın məlumatına görə, çay süfrəsi ətrafında keçirilən görüşdə qadınların ölkəmizin ictimai-siyasi həyatındakı yeri və rolu faktlarla, rəqəmlərlə toplantı iştirakçılarına çatdırılıb. Lənkəranda hazırda 30-dan çox qadının dövlət xidmətində və ictimai təşkilatlarda yüksək vəzifə tutduğu bildirilib.

Rayonda qadın sahibkarların sayı ildən-ilə artır. Regionda çoxuşağlı analar xüsusi qayğı və diqqətlə əhatə olunublar.

Bildirilib ki, Qadınlarımız üçün “YUNESKO” və “İSESKO”nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva Azərbaycan xanımlarının, analarının ictimai, siyasi xadimlərinin nümünə etalonuna çevrilibdir.

Mehriban xanımın qadınların sosial müdafiəsindəki misilsiz xidmətlərini Lənkəran qızları və anaları da hər addımda hiss edirlər.

Görüş iştirakçılarına çiçək dəstələri və hədiyyələr təqdim edən deputat Hadi Rəcəbli eyni zamanda qadınları düşündürən sual və müraciətləri dinlədi və qaldırılan bir sıra məsələlər özünün yerindəcə müsbət həllini tapıb.

Çıxış edən qadınlar ölkəmizdə onlar üçün yaradılmış şəraitdən razı olduqlarını bildiriblər. Seçki ilində dövlət başçısının ətrafında daha sıx birləşəcəklərini xüsusi vurğulayaraq prezidentliyə yeganə namizəd olaraq İlham Əliyevi gördüklərini və ona səs verəcəklərini bildiriblər.


Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı