Modern.az

Rusiyaya qarşı 20 minə yaxın cinayət işi açılıb

Rusiyaya qarşı 20 minə yaxın cinayət işi açılıb

Aktual

1 İyul 2022, 11:36

Hazırda hüquq-mühafizə orqanları Rusiyanın Ukrayna ərazisində törətdiyi cinayətlərin sənədləşdirilməsi üzərində iş aparır.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müavini Katerina Pavliçenko bildirib.

 

Onun sözlərinə görə, artıq Ukraynada Rusiyaya qarşı 20 minə yaxın cinayət işi açılıb: “Söhbət mülki şəxslərə və infrastruktura qarşı cinayətlərdən gedir. Zaporejye vilayətində 3000-dən çox cinayət faktı qeydə alınıb”.

K.Pavliçenko vurğulayıb ki, müharibə cinayətlərinin araşdırılması üçün Ukraynanın hüquq-mühafizə orqanları səfərbər olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı