Modern.az

Azərbaycan-Çili parlamentlərarası əlaqələri inkişaf edir

Azərbaycan-Çili parlamentlərarası əlaqələri inkişaf edir

Current

1 İyul 2022, 20:54

İyulun 1-də Milli Məclisdə Azərbaycan-Çili parlametlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Çili-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Tomas de Rementeria arasında görüş olub.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-ın bildirilib ki, Azərbaycan-Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Badamov qonaqları salamlayaraq, ölkəmizin 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad etməsi barədə danışıb. Bildirib ki, hazırda 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalmış torpaqlarımızın azad olunmasından sonra həmin ərazilərdə sürətli tikinti-quruculuq və bərpa işləri aparılır. Azərbaycan tezliklə keçmiş məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıtması üçün orada müasir infrastrukturun qurulması ilə məşğuldur.

 

Çili-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Tomas de Rementeria Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək bu səfərin Çili və Azərbaycan arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə inamını ifadə edib.

 

Söhbət zamanı Qoşulmama Hərəkatına üzv ölkələrin parlamentləri arasında əməkdaşlığının inkişafından da bəhs edilib.

 

Görüşdə Milli Məclisin deputatları Sevinc Fətəliyeva və Nigar Arpadarai çıxış edərək Çili və Azərbaycan arasındakı dostluq münasibətlərinin perspektivləri barədə fikirlərini bölüşüblər.

 

Söhbətdə iki ölkə arasında dostluq münasibətlərinin mədəniyyət, iqtisadi, təhsil, siyasət və digər sahələrdə yeni mərhələyə qədəm qoyacağına inam ifadə olunub. Qeyd edilib ki, əməkdaşlığın gücləndirilməsi müxtəlif platformalarda da qarşılıqlı dəstəyə yol açacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı