"Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ən azı bizim qanunvericiliyimizə daxil olduğuna görə bunu tanıyırıq".
Modern.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "Armenpress"ə müsahibəsində deyib.
Onun fikrincə, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur.
Qriqoryan, həmçinin qeyd edib ki, Ermənistan Azərbaycanın təklif etdiyi münasibətlərin normallaşdırılmasına dair beş bəndlik sənədi məqbul hesab edir.