Ötən gün Azərbaycan yollarında iki avtomobil aşıb.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumatada bildirilib.
Belə ki, avqustun 1-də saat 11 radələrində Siyəzən rayonunun Gilgilçay qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Qladçenko idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb. Nəticədə sərnişinləri Anna Dmitriyevna hadisə yerində, Nüşabə Sultanova isə xəstəxanaya yerləşdirildikdən sonra orada ölüb. Sürücü və digər iki sərnişin isə xəstəxanaya yerləşdirilib.
Günün ikinci hadisəsi isə saat 21 radələrində Neftçala rayonunun Bankə qəsəbəsi ərazisində qeydə alınıb. Bu zaman rayon sakini Nazim Bağırov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, iki sərnişini xəstəxanaya yerləşdirilib.
Hər iki faktla bağlı araşdırma aparılır.