Modern.az

Dəniz kubokuna qatılacaq hərbçilərin təlimləri davam edir

“Dəniz kuboku”na qatılacaq hərbçilərin təlimləri davam edir

مورد توجه

11 Avqust 2022, 19:46

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək “Dəniz kuboku” müsabiqəsində iştirak edəcək komandamız plana uyğun olaraq hazırlıq məşqlərini davam etdirir.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, hərbi dənizçilərimiz "Təlim məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə” epizodu üzrə məşq çalışmalarını yerinə yetiriblər.

 

Qeyd edək ki, cari ilin avqust ayının 15-dən 25-dək keçiriləcək beynəlxalq müsabiqədə Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi dənizçiləri mübarizə aparacaqlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı