Modern.az

"PSJ" Messi ilə müqaviləni uzadır

Aktual

14 Avqust 2022, 14:12

Fransanın "Pari Sen-Jermen" (PSJ) klubu argentinalı hücumçu Lionel Messi ilə müqaviləni uzatmaq istəyir.

 

Modern.az xəbər verir ki, rəhbərlik argentinalı futbolçunun oyunundan razı qalıb.

 

Müqavilənin uzadılması ilə bağlı danışıqlara yaxın vaxtlarda başlanacağı deyilir. Razılaşma azı bir mövsüm uzadılacaq.

 

Xatırladaq ki, Messi 2021-ci ilin yayında PSJ-yə keçib. Məşhur futbolçu Fransa klubunun heyətində 34 oyuna çıxıb, 11 qol vurub və 15 məhsuldar ötürmə edib.

 

Onu da bildirək ki, avqustun 12-də hücumçunun 2005-ci ildən bəri ilk dəfə "Qızıl top"a iddialılar siyahısına daxil edilməməsi barədə məlumat yayılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı