Modern.az

Bayden fövqəladə vəziyyət rejimini uzatdı

Bayden fövqəladə vəziyyət rejimini uzatdı

Current

10 Sentyabr 2022, 10:00

ABŞ Prezidenti Co Bayden ölkədə 2001-ci il 11 sentyabr hadisələrindən sonra elan olunmuş fövqəladə vəziyyət rejiminin müddətini daha bir il uzadıb.

 

Modern.az bildirir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

 

Prezidentin Konqresə ünvanladığı bildirişdə ölkədə terror təhlükəsinin qalması ilə əlaqədar fövqəladə vəziyyətin müddətinin uzadıldığı qeyd olunub.

 

Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda Ümumdünya Ticarət Mərkəzinin iki göydələninə hücum nəticəsində 3 minə yaxın şəxs həlak olub. Sentyabrın 14-də o zamankı prezidenti Corc Buş bir il müddətinə fövqəladə vəziyyət elan edib və bu müddət hər il uzadılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı