Modern.az

Rusiyanın daha 350 hərbçisi məhv edilib - İTKİLƏR

Rusiyanın daha 350 hərbçisi məhv edilib - İTKİLƏR

Current

13 Sentyabr 2022, 11:09

Son sutkada daha 350 rus hərbçi məhv edilib.


Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook” səhifəsində məlumat verilib.


Qeyd olunur ki, düşmənin fevralın 24-dən sentyabrın 13-dək şəxsi heyət arasında ümumi döyüş itkiləri təqribən 53300 nəfər olub.

Rusiyanın itkiləri ümumiləşdirilərək, aşağıdakı rəqəmlərlə ifadə olunub:

şəxsi heyət - 53300 nəfər (+350);
tanklar - 2 min 175 (+7) ədəd;
zirehli döyüş maşınları - 4662 (+22);
artilleriya sistemləri - 1279 (+10);
raket sistemləri - 311;
hava hücumundan müdafiə vasitələri - 165 (+3);
təyyarə - 244 (+1);
helikopterlər - 213;
pilotsuz uçuş aparatı - 904 (+1);
qanadlı raketlər - 233 (+17);
gəmilər - 15;
avtomobil avadanlığı və tankerlər - 3469 (+6);
xüsusi texnika - 117.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı