Modern.az

Mirzoyan yenə Lavrova zəng etdi

Mirzoyan yenə Lavrova zəng etdi

Актуально

13 Sentyabr 2022, 13:04

Sentyabrın 13-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.


Modern.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyindən “Armenpress”ə verilən məlumata görə, nazir Mirzoyan Lavrovla Azərbaycanla dövlət sərhədində yaranmış gərginliyi müzakirə edib.


Ararat Mirzoyan Ermənistan Respublikasının atdığı addımlar barədə məlumat verib. O, Lavrova Azərbaycan tərəfinin hərəkətlərindən şikayətlənib. A.Mirzoyan sərhəddə yaranmış vəziyyətlə əlaqədar  Rusiya Federasiyasına, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, BMT Təhlükəsizlik Şurasına müraciət etdiklərini vurğulayıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı