Modern.az

Azərbaycan Katolik Kilsəsinin ordinarisi erməni təxribatını pislədi

Azərbaycan Katolik Kilsəsinin ordinarisi erməni təxribatını pislədi

Güncel

14 Sentyabr 2022, 09:18

Qazaxıstanın paytaxt Nursultan şəhərində keçirilən Dünya və Ənənəvi Din Liderlərinin VII Qurultayında iştirak edən Qafqaz Müsəlmanları Dini İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə tədbirə Azərbaycandakı dini konfenssiyaların rəhbərləri ilə birlikdə gedib.


Qurultayda dünyanın bir çox tanınmış din xadimləri iştirak edir. Roma Papası Fransisk də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə tədbirə qatılıb.


Modern.az xəbər verir ki, dünən Roma Papası və Qazaxıstan prezidenti vətəndaş cəmiyyətinin təmsilçiləri və diplomatik korpusların nümayəndələri ilə görüşüb.

 

Azərbaycan Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete Roma Papası Fransiskin Qazaxıstana ilk gəlişindən böyük sevinc hissi keçirdiyini deyib. O bildirib ki, dünyanı narahat edən məsələlərə  münasibət bildirmək, münaqişələrin həll yolunu tapmaq, müxtəlif xəstəliklərin yayılmasının qarşısını almaq baxımından aparılan belə müzakirələr olduqca vacibdir.


“Biz istəyirik ki, dini liderlərin sözü siyasi hakimiyyətlərə təsir etsin. Onlar bizim danışdıqlarımızdan nəticə çıxararaq, dünyanı məhv olunmasından qorusunlar. Çünki əgər hər hansı bir böyük yanlışlıqdan nüvə silahına əl atılarsa, dünya və onun insanları, canlıları məhv olar. Biz istəyirik ki, dünyanın hər yerinə, Ukraynaya da sülh və əmin-amanlıq gəlsin! Biz istəyirik ki, din mənsublarının sülhün qorunması ilə bağlı çağırışlarına bütün siyasətçilər şərik olsunlar. Bİz istəyirik ki, dünyada sülhün bərqərar olması üçün birlikdə dua edək. Unutmamalıyıq ki, biz hamımız bir Yaradanın övladlarıyıq”. 


Azərbaycan Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete eyni zamanda dünən bölgəmizdə ermənilərin törətdiyi son təxribata da münasibətini bildirib:


“Dini liderlər  hərb işində heç bir göstərişə malik deyillər. Onlar ancaq ölkə prezidentlərinə, xalqlara  çağırış edə bilərlər. Hər hansı bir qərar qəbul edəndə hər şeydən əvvəl başlarının üstündə Allahı düşünsünlər ki, Tanrı bu qərarları qəbul edirmi? Qoy bütün siyasətçilər hər hansı bir qərar qəbul edəndə vicdanlarının səsini dinləsinlər. Biz də buna görə Tanrıya dua edirik”.


Aida Eyvazlı,
Nursultan

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı