BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistan sərhədindəki gərginliyə münasibət bildirib.
Modern.az xəbər verir ki, bu barədə o, BMT Baş Assambleyasının 77-ci sessiyasının başlaması ilə bağlı keçirdiyi mətbuat konfransında danışıb.
O bildirib ki, BMT Azərbaycan və Ermənistanın atəşkəslə bağlı razılığa gələ biləcəyinə ümid edir.
"Ümid edirəm ki, atəşkəs əldə olunacaq", - deyə Quterreş çıxışında qeyd edib.
Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.