Sentyabrın 15-də saat 22 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində qəsəbə sakini N.Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Xəlil Xəliovu vurub.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumatda bildirilib.
Qeyd edilib ki, nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Rəsmi məlumata görə, hazırda Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.