Modern.az

Qaydalara əməl edək! - Polisdən çağırış

Qaydalara əməl edək! - Polisdən çağırış

Güncel

20 Sentyabr 2022, 13:12

Paytaxtda dayanma-durma və parklanma, piyada təhlükəsizliyi ilə bağlı profilaktik tədbirlər diqqət mərkəzində saxlanılır. 

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, Binəqədi, Xətai, Nizami rayon polis idarələrinin və yol polis şöbələrinin əməkdaşları tərəfindən qaydalara əməl etməyən sürücülərə qarşı, eyni zamanda, yeraltı-yerüstü piyada keçidlərindən istifadə etməyən piyadalarla bağlı təbliğat xarakterli profilaktik işlər aparılır. 

 

Tədbirlər çərçivəsində yollarda dayanma-durma və parklanma qaydalarına əməl edilməsi, nəqliyyat vasitəsini ikinci cərgədə, səkilərdə, piyada keçidlərində və digər qadağan olunan yerlərdə park edilməsinin qarşısı alınıb.

 

Qaydalara əməl etməyən hərəkət iştirakçılarının nəzərlərinə çatdırılıb ki, hər bir qayda pozuntusu digər şəxslərin təhlükəsiz, rahat və fasiləsiz hərəkətinə mane olmaqla ləngimələrə - sıxlıq və tıxaclara səbəb olur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı