Modern.az

Ölkə çempionları bəlli oldu

Ölkə çempionları bəlli oldu

Current

2 Oktyabr 2022, 14:49

20 və 23 yaşlı gənc oğlan və qızlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində ikinci günə start verilib.

 

Modern.az-ın məlumatına görə, Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən turnirdə ilk olaraq körpücük üzərinə 73 kq-da mübarizə aparan atletlər çıxıb.

 

Yaşı 20-yədək olan idmançılar arasında toplam 253 kq (111+142) nəticə göstərən Rəhim Kazımov qızıl medal qazanıb. 208 kq-ın (92+116) öhdəsindən gələn Nəcəf Nəzərov gümüş, 201 kq (86+115) nəticə ilə Kamal İsmayılov bürünc medala sahib çıxıb.

 

23 yaşadək ağırlıqqaldıranların mübarizəsində fəxri kürsünün ən yüksək pilləsinə toplam 262 kq-la (120+142) Kənan Xəlilov qalxıb. Sonrakı pillələrdə müvafiq olaraq 251 kq (110+141) nəticə ilə Ruslan Həsənov və 206 kq-la (100+106) Nizami Həsənov qərarlaşıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı