Modern.az

Şəhid bacısını qarət edən şəxs TUTULDU

Şəhid bacısını qarət edən şəxs TUTULDU

Aktual

10 Oktyabr 2022, 11:54

Lənkəranda şəhidin ailə üzvünün çantasından pul oğurlayan şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, Astara sakini, Vətən müharibəsi şəhidin bacısı olan qadın polisə müraciət edərək Lənkəran şəhəri Mərkəzi bazar ərazisində olarkən çantasındakı pulun cibgirlik yolu ilə oğurlandığını bildirib.

 

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən rayon sakini Seymur Məhərrəmov müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin və elektron tərəzi aşkarlanaraq götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı