Modern.az

UEFA Azərbaycanın xal ehtiyatını artırdı

UEFA Azərbaycanın xal ehtiyatını artırdı

Aktual

14 Oktyabr 2022, 08:00

Azərbaycan UEFA reytinqində 2022/2023-cü il mövsümü üçün xal ehtiyatını yenidən artırıb.

 

Modern.az xəbər verir ki, bu, "Qarabağ"ın Avropa Liqasının G qrupunun dördüncü turunda Bakıda Yunanıstanın "Olimpiakos" klubu ilə qolsuz heç-heçə etməsi sayəsində mümkün olub. Bu nəticə hazırda avrokuboklarda bir komanda ilə təmsil olunan ölkəmizin aktivinə daha 0,250 xal gətirib.

 

Cari mövsüm üzrə xal sayını 3,250-ə, son 5 mövsümdə isə 15.875-ə çatdıran Azərbaycanın 29-cu pillədəki mövqeyi dəyişməyib. 28-ci yerdəki Polşanın 17,500 xalı var.

 

Qeyd edək ki, siyahıya 96,141 xalla İngiltərə başçılıq edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı