Birinci Qarabağ müharibəsi zamanı 777, ikinci müharibədə isə 217 erməni itkin düşüb.
Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan özünün tvitter səhifəsində yazıb.
O əlavə edib ki, bu il sentyabrın 13-də baş verən sərhəd döyüşlərində də 29 erməni itkin düşüb.
Sentyabr döyüşlərində Ermənistan tərəfdən ölən və itkin düşənlərin sayı 207 nəfər olub. 293 hərbçi isə yaralanıb.