Bakıda zəncirvari yol qəzası baş verib.
Modern.az xəbər verir ki, bu gün paytaxtın Xətai rayonu ərazisində "Toyota Prius" markalı 4 avtomobil bir-birinə çırpılıb.
Qəza nəticəsində nəqliyyat vasitələrinə ziyan dəyib. Məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.