Modern.az

Yeni baş nazir: Ukraynadakı müharibə dayandırılmalıdır!

Yeni baş nazir: Ukraynadakı müharibə dayandırılmalıdır!

Aktual

25 Oktyabr 2022, 17:40

Ukraynada aparılan müharibə dayandırılmalıdır.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Rişi Sunak bunu Böyük Britaniyanın baş naziri kimi ilk çıxışında bildirib.

Rişi Sunak Ukrayna müharibəsinə çəkilən xərci COVID-19 virusu ilə mübarizədə sərf olunan vəsaitlə müqayisə edərək, bunun milyardlarla funt-sterlinq olduğunu qeyd edib.

Bundan əlavə, Britaniya hökumətinin yeni rəhbəri ölkənin dərin iqtisadi böhrandan keçdiyini etiraf edib.


Qeyd edək ki, oktyabrın 25-də kral III Çarlz Sunakı ölkənin baş naziri postuna təsdiqləyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı