Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla Aİ missiyasının Azərbaycanla sərhəddəki fəaliyyətini müzakirə edib.
Modern.az xəbər verir ki, görüş zamanı həmsöhbətlər Aİ-nin mülki missiyasının Ermənistanda keçirilməsinin vacibliyini qeyd ediblər.
Regional təhlükəsizlik, sülh və sabitlik məsələləri, bu istiqamətdə atılan addımlar, Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.
Regional nəqliyyat infrastrukturlarının blokadadan çıxarılması, həmçinin sərhəd təhlükəsizliyi və delimitasiyası üzrə komissiyaların işi ilə bağlı məsələlər də müzakirə olunub.
Qeyd edək ki, Klaar bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Aİ monitorinq missiyasının işini müzakirə edib.
Xatırladaq ki, oktyabrın 17-də Aİ xarici işlər nazirləri Lüksemburqda keçirilən görüşdə Ermənistana Azərbaycanla sərhəddə müşahidə aparmaq üçün 40 nəfərlik missiyanın göndərilməsini rəsmən təsdiqləyiblər. Müşahidəçilər regiona gələrək oktyabrın 20-də fəaliyyətə başlayıblar. Missiya iki ay üçün nəzərdə tutulub.