Modern.az

Soçi görüşünün nəticəsi nə oldu? - Rusiyalı ekspertin ŞƏRHİ

Soçi görüşünün nəticəsi nə oldu? - Rusiyalı ekspertin ŞƏRHİ

Current

1 Noyabr 2022, 00:34

Rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko Soçi görüşünün nəticələrini şərh edib.

 

Modern.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.

 

Paylaşımda deyilir:

 

"Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşü başa çatdı. Yekun bəyanatda nələr əksini tapıb?

 

- Azərbaycanın ərazi bütövlüyü təsdiqləndi.

 

- Qarabağ və orada yaşayan erməni əhalinin “statusu”ndan bəhs olunmur. Orada baş verəcək hər şey Azərbaycanın daxili işidir.

 

- Bakı və İrəvan arasında sülh sazişinin bağlanması üzrə işlər intensivləşəcək (İlham Əliyevin təklif etdiyi beş prinsip əsasında).

 

- Rusiya Cənubi Qafqaz regionunda əsas oyunçu və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında vasitəçi kimi mövqeyini qoruyur".

 

Qeyd edək ki, oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Görüş Rusiyanın Soçi şəhərində baş tutub. İki saatdan artıq davam edən danışıqlardan sonra liderlər tərəfindən birgə bəyanat qəbul edilib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı