Danimarkanın Baş naziri və Sosial Demokratlar partiyasının lideri Mette Frederiksen vəzifəsindən istefa verib.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə o, partiya liderlərinin debatında bildirib.
Qeyd olunub ki, parlamentdəki partiyaların nümayəndələri arasında danışıqlar raundu keçirməlidirlər.
"Yeni kabinetin formalaşdırılması ilə bağlı qərar məhz həmin danışıqlar əsasında qəbul ediləcək", - Frederiksen əlavə edib.
Məlumat üçün bildirək ki, seçkinin nəticəsinə əsasən, Sosial Demokratlar Partiyası parlamentdə çoxluq əldə edib. Frederiksen həm də mandatların əksəriyyətini qazanan sol-mərkəzçi bloka rəhbərlik edib, ona görə də kabinetin yaradılması məhz ona həvalə olunacaq. Həm seçkilərdən əvvəl, həm də dərhal sonra Baş nazir geniş koalisiya hökuməti qurmağa çalışacağını bəyan edib.