Modern.az

Avropa yanacaq üçün hər gün Rusiyaya 100 milyon avro ödəyir

Avropa yanacaq üçün hər gün Rusiyaya 100 milyon avro ödəyir

Aktual

28 Fevral 2023, 16:54

Avropa ölkələri yanacaq müqabilində hər gün Rusiya hökumətinə 100 milyon avro ödəyir.

 

Modern.az xəbr verir ki, bu barədə Finlandiya Enerji və Təmiz Hava Araşdırmaları Mərkəzinin (CREA) yaydığı hesabatda bildirilib.

 

Məlumata görə, Rusiya Ukraynaya təcavüzündən sonra Avropaya satılan mayeləşdirilmiş təbii qazın (LNG) miqdarını əhəmiyyətli dərəcədə artırıb. Həmçinin, 2023-cü ilin ilk iki ayında Rusiya Avropaya üzvi yanacaq ixracı ilə təxminən 30 milyard avro qazanıb. Rusiyanın Ukraynaya təcavüzündən sonra bu ölkədən Avropaya qalıq yanacaq ixracı kəskin şəkildə azalıb.

 

Bununla belə, CREA-nın məlumatına görə, bu gün də Avropa vasitəsilə Rusiyaya gündə təxminən 100 milyon avro ödənilir. Qeyd edək ki, Aİ Çindən sonra Rusiyadan hasil edilən yanacaqların ikinci ən böyük istehlakçısıdır.

 

Rahib Ələsgərov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı