Martın 7-də Milli Məclisin plenar iclası, ermənilərin Xankəndi-Xəlfəli-Tursşu torpaq yolu ilə qanunsuz hərbi daşımaları gündəmin əsas mövzuları olub.
Modern.az dünənin icmalını təqdim edir:
Bakı Şəhər İcra Hakimiyyəti feminist fəalların martın 8-də qadın hüquqları ilə bağlı Fəvvarələr meydanından Natəvanın heykəlinə qədər yürüş keçirməsinin məqsədəuyğun olmadığını bəyan edib.. Daxili İşlər Nazirliyi (DİN) isə yürüş keçirməyi planlaşdıran feministlərə xəbərdarlıq edib. "Əlbəttə, aksiya üçün icazə verilməyibsə, onun keçirilməsi qanunsuzdur. Qanunsuz aksiyanın qarşısı alınacaq",- DİN rəsmisi xəbərdarlıq edib.
Dünən Milli Məclisin plenar iclası keçirilib. İclasın gündəliyində 13 məsələ olub. Ombudsman Səbinə Əliyeva da plenar iclasda iştirak edib. İclas zamanı Səbinə Əliyeva deyib ki, dərman vasitələrinin keyfiyyəti narahatlıq yaradan problemlərdən biridir. Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə bildirib ki, dərman vasitələri ilə təminatla bağlı şikayətlərin sayı artıb. Deputat Fazil Mustafa təklif edib ki, Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsman) fəaliyyəti ləğv edilməlidir.
Milli Məclisdə Nazirlər Kabinetinin 2022-ci il üzrə hesabatı dinləniləcək. Hökumətin hesabatı parlamentin martın 17-də keçiriləcək iclasında təqdim olunacaq. Hesabatı Baş nazir Əli Əsədovun təqdim edəcəyi gözlənilir.
Dünən Dövlət Statistika Komitəsi açıqlayıb ki, Azərbaycanda 2023-cü ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edib, ötən il doğulmuş 122,8 min körpədən 47,1 faizi qız uşaqları olub.
Dünən, həmçinin “Mingəçevir” futbol komandası I Divizionun 20-ci turu çərçivəsində “Şamaxı” ilə səfər oyununa gedərkən yolda avtomobil qəzasına uğrayıb. Qəzaya düşən avtobusda klubun 20 futbolçusu olub. Hadisə zamanı xəsarət alan baş məşqçi Zaur Qarayav xəstəxanaya yerləşdirilib.
Prezident İlham Əliyev martın 7-də Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu qəbul edib. Söhbət zamanı Çin şirkətləri işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərinə dəvət olunublar.
Qarabağda yaşayan bir qrup erməni Rusiya sülhməramlılarının Azərbaycanın Xocalı rayonunda yerləşən qərargahının önündə etiraz aksiyası keçirib. Etirazçılar şəxsi avtomobilləri ilə qərargahın qarşısındakı yolu bağlayıblar.
Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda qanunsuz erməni silahlı dəstələrinin hərbi daşımalarına dair yeni görüntülər əldə edilib. Videoda qanunsuz silahlı dəstələrin hərbi nəqliyyatının Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərəkət etdiyi görünür. Müdafiə Nazirliyi sülhməramlılara təxribatla bağlı xəbərdarlıq edib. "Bu kimi əməllərə dərhal və birdəfəlik son qoyulmasa, Ermənistanın və qanunsuz erməni hərbi ünsürlərinin Azərbaycanın suveren ərazilərində törətdikləri hərəkətlərin qarşısını almaq məqsədilə Azərbaycan tərəfi zəruri tədbirlər görmək məcburiyyətində qalacaqdır", - Nazirlik bildirib.
İrəvanda Ermənistan hökuməti aparatının əməkdaşlarının olduğu xidməti avtobus qəzaya uğrayıb. 11 nəfər xəsarət alıb, onların hamısı xəstəxanalara yerləşdirilib.
Gürcüstanın paytaxtı Tbilisi şəhərində parlament binası qarşısında genişmiqyaslı etiraz aksiyası keçirilib. Etirazçılar parlamentin yaxınlığında polisin qurduğu barrikadanı yarıblar. Xüsusi təyinatlı qüvvələr gözyaşardıcı qaz və su şırnaqlardan istifadə edərək aksiyanı dağıtmağa başlayıb. Nümayişçilər yaxınlıqdakı küçələrə qaçıblar. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, Vaşinqton Gürcüstanda etirazların yatırılmasına görə məsuliyyət daşıyanlara qarşı sanksiyalar tətbiq edə bilər.
Ötən günün mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı xəbərləri də oxuya bilərsiniz:
Qadınlar kişilərdən 2 dəfə az gəlir əldə edir - HESABAT
"İnstpower" fırıldağı - Minlərlə vətəndaş pul itirdi
Dünyada dollar qıtlığı - Azərbaycanda yeni bahalaşma gözlənilir
Fotoların müqayisəsi: Tarix təkərrür edir, yoxsa dejavü yaşayırıq?
Deputatdan ombudsmana: “Bura problemlərin həll olunduğu yer deyil”
AKP-dən Kılıçdaroğlu ilə bağlı AÇIQLAMA: Doğru qərardır - ÖZƏL
Dünənki toplantıda yenə dava düşüb: Akşener “Yetər” deyə bağırdı - İDDİA
Lukaşenko Belarusda rus təyyarəsinə hücumdan DANIŞDI
Heydər Əliyevin şəxsən iştirak etdiyi əməliyyatlar - VİDEO
Türkiyə seçkiləri: Gedişat nəyi göstərir? - TƏHLİL
“Bu, Azərbaycan üçün vacibdir” - TÜRKPA-nın baş katibi Modern.az-a danışdı