Modern.az

Feministlərin aksiyasına icazə verilmədi

Feministlərin aksiyasına icazə verilmədi

Aktual

7 Mart 2023, 09:40

Bakı Şəhər İcra Hakimiyyəti feminist fəalların martın 8-də qadın hüquqları ilə bağlı Fəvvarələr meydanından Natəvanın heykəlinə qədər yürüş keçirilməsi barədə müraciətinə cavab verib.

 

Modern.az xəbər verir ki, rəsmi cavab məktubunda aksiyanın keçirilməsinin məqsədəuyğun olmadığı bildirilib. 

 

Diqqətə çatdırılıb ki, müraciət edilən ərazilər paytaxt sakinləri və qonaqların ən çox istifadə etdiyi istirahət yerləridir və orada ictimai iaşə, xidmət, əyləncə obyektləri mövcuddur.

 

Qeyd olunub ki, bunları nəzərə alaraq, aksiya məqsədəuyğun hesab edilməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı