2013-cü ilin yanvar-iyun aylarında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin su təchizatı və kanalizasiya xidmətləri göstərdiyi abunəçilərin sayı 35 min və ya 2,9 faiz artıb. İyulun 1-də olan məlumata görə, “Azərsu” ASC-də 1171065 abunəçi su və kanalizasiya xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb. İstehlakçıların 1132575-i və ya 96,7 faizi əhali, 38490-ı və ya 3,3 faizi isə qeyri-əhali qrupu abunəçiləridir. 2013-cü ilin birinci yarımilliyində əhali qrupu abunəçilərinin sayı 2,6 faiz, qeyri-əhali qrupu abunəçilərinin sayı isə 16 faiz artıb. Hesabat dövründə əhali və qeyri-əhali qrupu üzrə abunəçilərin sayında nəzarət tədbirlərinin gücləndirilməsi, qeyri-qanuni qoşulmaların rəsmiləşdirilməsi, yeni abunəçilərin qeydiyyata alınması, həmçinin uçot sisteminin təkmilləşdirilməsi hesabına baş verib.
“Azərsu” ASC-nin sayğacla təmin olunmuş abunəçilərinin sayı 529 180-ə çataraq sayğaclaşma səviyyəsi 49,3 faiz təşkil etmişdir. Hazırda əhali qrupu abunəçilərinin 48,1 faizi, qeyri əhali qrupu abunəçilərinin isə 86,3 faizi sayğaclarla təmin olunub. 2013-cü ilin yanvar-iyun ayları ərzində 58 min smart-kart sayğacı quraşdırılıb.
Modern.az