Modern.az

Böyük Qayıdışın baş verdiyi bir zamanda... - Cahit Bağçıdan mühüm mesaj

Böyük Qayıdışın baş verdiyi bir zamanda... - Cahit Bağçıdan mühüm mesaj

Current

30 Avqust 2023, 20:29

Türkiyə dövləti və xalqı bu gün möhtəşəm qələbəsini - Zəfər bayramını qeyd edir.

 

Modern.az xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı avqustun 30-da Türkiyənin Zəfər bayramı münasibətilə keçirilən rəsmi qəbul zamanı səsləndirib.

 

Kahramanmaraşda baş verən zəlzələnin aradan qaldırılmasında Azərbaycan başda olmaqla, dəstəyini əsirgəməyən ölkələrə təşəkkürünü bildirən diplomat Türkiyənin yeni əsrə uğurla qədəm qoyduğunu diqqətə çatdırıb. Cahit Bağçı Türkiyənin getdikcə gücləndiyini, müdafiə sənayesi sahəsində inkişafının 80 faizə çatdığını və dünyada böyük söz sahibinə çevrildiyini vurğulayıb.

 

"İşğaldan azad edilən torpaqlara Böyük Qayıdışın baş verdiyi bir zamanda Zəfərimizin 101-ci ildönümünü qeyd etmək qürur verir. Türkiyə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh sazişinin imzalanmasını dəstəkləyir.

 

Türkiyə və Azərbaycan hər zaman sülhün tərəfdarıdır", - deyə türkiyəli diplomat vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı