Modern.az

AZAL-a yeni mətbuat katibi təyin edildi

AZAL-a yeni mətbuat katibi təyin edildi

Current

14 Sentyabr 2023, 10:32

"Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) yeni mətbuat katibi təyin edilib.

 

Modern.az xəbər verir ki,  Aysel Süleymanova AZAL-ın İctimaiyyətlə Əlaqələr və Kommunikasiya İdarəsinin rəisi təyin olunub.

 

Məlumatı AZAL-dan təsdiqləyiblər.

 

Aysel Süleymanova bundan əvvəl beynəlxalq "PwC Azerbaijan” şirkətində Marketinq, Kommunikasiyalar və Biznesin İnkişafı üzrə rəhbər vəzifəsində çalışıb. Həmçinin "AmCham Azerbaijan”ın Marketinq, Kommunikasiya və Biznesin İnkişafı İşçi Qrupunun rəhbəridir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı