Modern.az

Masallı sakini 4 kiloqram narkotiklə TUTULDU

Masallı sakini 4 kiloqram narkotiklə TUTULDU

مورد توجه

19 Sentyabr 2023, 09:20

Masallı sakininin üzərindən və yaşadığı evdən 4 kiloqram narkotik aşkarlanıb.

 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş, rayon sakini Araz Qəniyev saxlanılıb.

 

Keçirilən baxış zamanı onun üzərindən və Qızılavar kəndində yerləşən yaşadığı evdən ümumilikdə 4 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. A.Qəniyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı