Modern.az

Jurnalist Pərviz Həşimli barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçildi

Jurnalist Pərviz Həşimli barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçildi

Aktual

18 Sentyabr 2013, 16:54

Sentyabrın 17-də axşam saatlarında jurnalist, “Bizim Yol” qəzetinin əməkdaşı, moderator.az saytının rəhbəri, Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzinin sədri  Pərviz Həşimli saxlanılıb.

Modern.az xəbər verir ki, Pərviz Həşimli bu gün Səbail rayon Məhkəməsinə çıxarılıb. Onun vəkili Elçin Sadıqovun verdiyi məlumata görə,  məhkəmə P.Həşimli barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

P. Həşimli Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur. Onu Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları saxlayıblar.

Qeyd edək ki, P.Həşimli AXCP Ali Məclisinin üzvüdür.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı