Modern.az

Deputatdan Səlim Müslümova DƏSTƏK: “Ünvanlı yardım siyahısını hamı görməlidir”

Deputatdan Səlim Müslümova DƏSTƏK: “Ünvanlı yardım siyahısını hamı görməlidir”

Aktual

28 Noyabr 2013, 12:51

“Hər bir rayon, kənd sakini bilir ki, onun qonşusu, qohumu, tanışı hansı vəziyyətdə yaşayır. Əgər yaxşı vəziyyətdədirsə, ona ünvanlı sosial yardım verilirsə, təbii ki, ictimaiyyətin də müəyyən qədər bu işdə iştirakına gətirib çıxaracaq. Onda müraciət edə bilərlər ki, məsələn filankəsin sosial yardıma ehtiyacı yoxdur, niyə verirsiniz və s.”. Bunu Modern.az- a açıqlamasında Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib.

Qeyd edək ki, dünən yeni əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun göstərişi ilə Azərbaycanda ünvanli sosial yardım alanların siyahısı ictimailəşdirilib. Artıq hər bir kəs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet saytında yerləşdirilən siyahıya baxmaqla orada tanıdığı imkanlı şəxsin adının olub-olmadığını görə biləcək.

Musa Quliyev S.Müslümovun bu addımını müsbət qiymətləndirib: ” Hər kəs bilməlidir ki, ünvanlı sosial yardımı kim alır. Bu dövlətin təminatıdır. Vətəndaşın vergisi hesabına yığılmış büdcə vəsaitidir. Ona görə də hər bir vətəndaş bilməlidir ki, dövlətin büdcəsi kimə xərclənir. Digər tərəfdən onun ədalətli, şəffaf olub olmaması da görünəcəkdir. Yəni, bu əslində çox doğru bir qərardır. Mən hesab edirəm ki, əhaliyə ünvanlı sosial yardımların verilməsində belə bir qərarın qəbul olunması rüşvətxorluq, korrupsiya hallarına yol verilməsini aradan götürəcək. Sosial ədalətin də tam bərpa olunmasına kömək edəcək.
Əgər ünvanlı sosial yardıma möhtac şəxs adının açıqlanmasını istəmirsə müraciət etməsin”.

Misranə Həsənzadə

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı