Modern.az

Milli Məclisin 10 qanun müəllifi olan deputatını tanıyırsınızmı?

Milli Məclisin 10 qanun müəllifi olan deputatını tanıyırsınızmı?

Актуально

29 İyul 2015, 17:30

“15 illik deputat fəlaiyyətim müddətində birbaşa özümün və ya rəhbəri olduğum işçi qrupu tərəfindən hazırlanan qanun layihələrinin sayını dəqiq xatırlamıram”.

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisdə bir çox qanun layihələrinin müəllifi olan deputat Musa Quliyev deyib. O, özü və ya rəhbəri olduğu işçi qrup tərəfindən hazırlanan bir sıra qanun layihələrin adını çəkib.

““Körpələrin və azyaşlı uşaqların qidalanması haqqında” qanun layihəsi, “Dərman vasitələri haqqında” qanun layihəsi, “İnsanın immun çatışmazlığı virsunun törətdiyi xəstəliklə mübarizə haqıqnda” qanun layihəsini misal göstərmək olar.

Eyni zamanda Əmək Məclləsi və Ailə Məcəlləsinə rəhbəri olduğum işçi qrup tərəfindən 40-a yaxın əlavə və dətişiklik edilib. Xüsusilə son qəbul edilən "Nigaha girən şəxslərin icbari tibbi sığortası" vaxtilə bizim tərəfimizdən Milli Məclisdə qaldırılmışdı və sonra cənab prezidentin tövsiyyəsi ilə parlamentin gündəliyinə salındı. “Psixatriya haqqında” Qanuna bizim təşəbbüsümüzlə 40-a yaxın əlavə və dəyişiklik olundu”. 

M.Quliyev hətta onun tərəfindən hazırlanan bəzi qanunların beynəlxalq qurumlarda model qanun kimi qəbul olunduğunu vurğulayıb.

“Bunlardan iki qanun layihəsi “Körpələrin və uşaqların qidalanması haqqında” Qanun və “İnsanın immun çatışmazlığı haqqında” Qanun beynəlxalq ekspertlər tərəfindən çox yüksək qiymətləndirilir. MDB-də model qanun kimi qəbul olunub. Eyni zamanda BMT-nin model qanunu kimi üzv ölkələrə bu qanun tövsiyyə olunub. 

M.Quliyev son olaraq üzərində işlədiyi “Tütün məhsullarının istehlakının məhdudlaşdırılması haqqında” qanun layihəsiniun hazır olduğunu, ancaq Milli Məclisin plenar iclasına çıxarılmadığını qeyd edib.

“15 illik fəlaiyyətim müddətində şəxsən özüm və ya rəhbəri olduğum işçi qrupu tərəfindən təxminən 10-a yaxın qanun layihəsi hazırlanıb. Eyni zamanda bir çox qanunlara da əlavə və dəyişiklər edilib. Ancaq bütün qanunlar da komitədə hazırlanmır, cənab prezidentin tövsiyyəsi ilə Milli Məclisə daxil olan qanunlar da var. Həm də Milli Məclisin Sosial siyasət komitəsinin elə bir iclası olmayıb ki, orada mən fikrimi söyləməyim və ya təklifimi verməyim”. 

Aytən ZƏHRA

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı