Modern.az

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gələn ay reallaşa bilər

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gələn ay reallaşa bilər

Current

27 Noyabr 2015, 12:52

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşündən sonra birgə mətbuat konfransı keçirilib. Modern.az xəbər verir ki, Elmar Məmmədyarov iki ölkə arasındakı əlaqələrdən danışıb.

O bildirib ki, Türkiyənin xarici işlər naziri Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rəsizadə və Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb. Elmar Məmmədyarov qeyd edib ki, həmkarı ilə regiondakı problemləri, əsasən də Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

Nazir Elmar Məmmədyarov Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün gələn ay reallaşa biləcəyini istisna etməyib: “Biz bu görüşə razılıq vermişik. ATƏT-in Minsk qrupunun həmsədrləri prezidentlərin görüşü üzərində işləyir”.

Elmar Məmmədyarov onu da qeyd edib ki, bu yaxınlarda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Tbilisidə görüşü planlaşdırılır. 

Aqşin Kərimov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı