Modern.az

Bu qədər də olmaz!..

Bu qədər də olmaz!..

کشور

8 Noyabr 2012, 10:35

Tələbə dostum Ehtiramın birinci sinifdə oxuyan qızı dünən atasından soruşub:

- Ata, məndən zəhlən gedir?

Ehtiram təəccüblə qızını süzüb:

- Ləman, niyə bu cür fikirləşirsən?

Uşağın cavabı belə olub:

- Axı, müəlliməyə vermək üçün tez-tez səndən pul istəyirəm...

***

Jurnalist dostum Araz Zamanlı ilə ikinci sinif şagirdi olan qızı Arzunun arasında ötən gün belə bir dialoq olub:

- Ata, mən pullu məktəbdə oxuyuram?

- Yox qızım, sənin pulunu hökumət verir.

- Sən hökumətsən, ata?

- Bu hardan ağlına gəldi?

- Axı, hər gün məktəbə pul göndərirsən...

***

Üç gün öncə Bakı məktəblərinin birində müəllimə şagirdlərin hamısına dəvətnamə verəndən sonra belə deyib:

- Uşaqlar, valideynlərinizə tapşırın, oğlumun toyuna gəlsinlər. Kimin valideyni gəlməsə, “2” alacaq.

Dərs əlaçısı olan Vüsal dərhal ayağa qalxıb:

- Müəllimə, mənə “2” yazın.

Müəllimə Vüsala yaxınlaşaraq, şəfqətlə onun saçını sığallayıb:

- Niyə oğlum? Sən ki, yaxşı oxuyursan...

Vüsalın cavabı belə olub:

- Müəllimə, imkanımız olmadığı üçün mənim valideynlərim iki ildir ki, toya getmirlər.

QISA ŞƏRH: Yuxarıda bəhs etdiyim bu üç hadisə Azərbaycanda təhsil sisteminə rəhbərlik edən adamlarla bağlı çoxdan bəri formalaşmış qənaətimi bir qədər də qüvvətləndirdi. Sizi deyə bilmərəm, şəxsən mən bu adamlara nifrət edirəm. Həm də ürəkdən... Bu qədər də olmaz!...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı