Modern.az

Heydər Əsədov Cəlilabadda vətəndaşlarla görüşəcək

Heydər Əsədov Cəlilabadda vətəndaşlarla görüşəcək

Eğitim

10 Aprel 2014, 10:10

Kənd Təsərrüfatı Naziri Heydər Əsədov aprel ayının 18-də saat 11:00-da Cəlilabad Olimpiya İdman Kompleksində (Ünvan: Cəlilabad şəhəri, Qurtuluş küçəsi, 296) Cəlilabad, Lənkəran, Masallı, Lerik, Yardımlı və Astara  rayonlarının sakinləri ilə görüşəcək. 

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə iştirak etmək istəyən vətəndaşlar Lənkəran Ərazi Kənd Təsərrüfatı İdarəsinə (Əlaqə telefonu: 050-545-00-54) və Kənd Təsərrüfatı Nazirliyinə (Əlaqə telefonu: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər. Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.

 

  Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı