Modern.az

Toy karvanı atəş açıldığına görə saxlanıldı

Toy karvanı atəş açıldığına görə saxlanıldı

Education

25 Aprel 2014, 18:50

Bu gün Rusiya paytaxtında, Verxnie Polya küçəsində toy karvanında hərəkət edərkən 7 avtomobil silahdan atəş açıldığına görə saxlanılıb. Modern.az Rusiya mətbuatına istinadən bildirir ki, toy karvanında “Porshe-kayen” və “Range Rover” də olub. Polislər lüks avtomobillərdə, bütün sərnişinlər və sürücülərin üzərində  axtarış aparıb. Mərasimə gələn qonaqların bir hissəsi toyun keçiriləcəyi saraya piyada getməli olublar. Toy karvanında atəş açanların kimliyi hələ ki açıqlanmır.

Xatırladaq ki, ötən il noyabrın 12-də saat 16:00-a yaxın Moskvanın Akademik Anoxin küçəsində toy karvanından travmatik tapançadan ən azı beş atəş açılıb. Polisin dayanmaq tələbinə sürücülər əhəmiyyət verməyərək yollarına davam ediblər. Təqibdən sonra toy karvanı saxlanılıb. Atəş aşan da daxil olmaqla, 9 nəfər saxlanılıb. Sonradan 18 yaşlı əslən azərbaycanlı Seymur Nəbizadə 30 sutka həbs cəzası alıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı