Modern.az

ATƏT rəhbərliyi Ukrayna hakimiyyəti ilə danışıqlara başlayır

ATƏT rəhbərliyi Ukrayna hakimiyyəti ilə danışıqlara başlayır

Təhsil

2 May 2014, 16:02


“Rusiyanın xahişi ilə ATƏT rəhbərliyi Ukraynanın şərqində hökm sürən qarşıdurmalarla bağlı rəsmi Kiyevlə danışıqlar aparacaq”. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Andrey Kelin deyib. O bildirib ki, ATƏT rəhbərliyi ilə məsələ ilə əlaqədar lazımi təmaslar qurulur. Onun sözlərinə görə ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Didye Burkxalter Ukrayna prezidentinin səlahiyyətlərini icra edən, Ali Radanın sədri Aleksandr Turçinov və baş nazir Arseniy Yatsenyukla əlaqə saxlayacaq. “Bununla yanaşı ATƏT-in baş katibi Lamberto Zaner Ukrayna xarici işlər naziri vəzifəsini icra edən Andrey Deşitsa ilə məsələni müzakirə edəcək”.  

Qeyd edək ki, Ukraynanın şərqində vəziyyət gərgin olaraq qalır. Ölkənin federallaşmasını tələb edən separatçıların Slvaynask bölgəsində Ukrayna ordusuna məxsus vertolyotları vurduğu bildirilir.  

Aqşin Kərimov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı