Modern.az

Azərbaycanda saxlanılan erməni qarşı tərəfə qaytarıldı

Azərbaycanda saxlanılan erməni qarşı tərəfə qaytarıldı

Education

6 May 2014, 13:39



Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Modern.az-a verilən məlumata görə, bu il aprelin 20-də Füzuli rayonu Əbdürrəhmanlı kəndi istiqmətində saxlanılmış erməni, 1956-cı il təvəllüdlü Mayelyan Vaqif Rubenoviç 6 may 2014-cü il tarixdə, Azərbaycan Respublikası Ağdam rayonu, Baş Qərvənd kəndi ərazisində, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində qarşı tərəfə qaytarılıb.

İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

Modern.az



 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı