Modern.az

Əsgər yoldaşını güllələyən erməni tutuldu

Əsgər yoldaşını güllələyən erməni tutuldu

Təhsil

30 Avqust 2014, 21:40


Ermənistan ordusunun əsgəri Vladimir Ayrapetyanı güllələyərək qətlə yetirən hərbçi yoldaşı Simon Mkrtçyan həbs olunub.

Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, bu haqda ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xəbər verildiyi kimi avqustun 28-də yerli vaxtla saat 18 radələrində Ermənistan ordusunun əsgəri, 20 yaşlı Vladimir Ayrapetyanın xidmət keçdiyi hərbi hissənin postlarından birində gülllə ilə vurulub öldürülüb.

Faktla bağlı cinayət işi qaldırılıb və araşdırma zamanı onu öz hərbçi yoldaşının qətlə yetirdiyi məlum olub.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı