Modern.az

Rəbiyyət Aslanova: “Azərbaycanlı girovlarla bağlı ədalətsiz qərar çıxarılacaq”

Rəbiyyət Aslanova: “Azərbaycanlı girovlarla bağlı ədalətsiz qərar çıxarılacaq”

Education

27 Oktyabr 2014, 14:38


“Hər iki girovla bağlı məsələni Azərbaycan nümayəndə heyəti adından beynəlxalq təşkilatlarda dəfələrlə qaldırmışıq. Girovların öz doğma vətənində həbs olunması və bu gün məhkəmə prosesinin başlaması bütün beynəlxalq hüquq normalarına, beynəlxalq konvensiyalara ziddir.  Bu baxımdan biz çox istərdik ki, Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı hansısa həqiqətə uyğun olmayan fikirləri tirajlayan beynəlxalq təşkilatlar məhz o iki girovun durumu ilə bağlı mövqelərini  ortaya qoysunlar”.

Bunu Modern.az saytına Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib. O, Dağlıq Qarabağdakı separatçı rejimdə azərbaycanlı girovlarla bağlı təşkil edilən qondarma məhkəmə prosesinə münasibət bildirərkən qeyd edib ki, ermənilərin Azərbaycana, azərbaycanlılara qarşı bu cür mövqe nümayiş etdirməsi ən böyük ədalətsizliyə bariz nümunədir.

Onun sözlərinə görə, girovlar öz torpaqlarına gediblər: “Onları kəşfiyyatçı, hansısa sifarişi həyata keçirmək üçün o əraziyə gələn insan kimi qələmə verərək bu cür mühakimə etmək qətiyyən düzgün deyil. Hər iki girov Beynəlxalq Qızıl Xaç Komitəsi ilə görüşlərində də söyləyiblər ki, yeganə istəkləri öz vətənlərinə gedib yaxınlarının məzarlarını ziyarət etmək olub. Onların əməllərində hansısa cinayət faktı yoxdur. Belə olan surətdə onlara bu cür böhtan atmaq və məhkəmədə mühakimə etmək düzgün deyil. Bu insanlar öz torpaqlarındadırlar. Dağlıq Qarabağda, Xankəndidə belə bir mühakimənin aparılması yolverilməzdir. Azərbaycan ərazisində Azərbaycan insanının azad hərəkət etmək hüququ var. Bu, beynəlxalq konvensiyalarda əks olunan müddəadır”.

Komitə sədri bildirib ki, Xankəndində mühakimə olunmalı şəxslər əlləri qana bulaşan Ermənistanın indiki rəhbərliyi olmalıdır. Onun sözlərinə görə, separatçı rejimin təmsilçiləri azərbaycanlı girovlar barəsində ədalətsiz qərar çıxaracaqlar: “Biz buna görə beynəlxalq strukturlara müraciət etməliyik”.

Rəbiyyət Aslanova onu da bildirib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycan üçün vətənpərvərlik nümunəsidir.

İyul ayında Kəlbəcərdə erməni yaraqlılarının girov götürdüyü soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin bu gün Xankəndidə qondarma məhkəməsi keçirilir.

Namidə Bingöl

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı