Modern.az

İranın Putinin hərbi ittifaqında iştirakı gündəmə gəldi

İranın Putinin hərbi ittifaqında iştirakı gündəmə gəldi

Təhsil

17 Noyabr 2014, 22:30


Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin İran parlamentinin spikeri Əli Laricani ilə hər iki ölkənin parlament deputatlarının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi kimi iştirakını müzakirə ediblər.

Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə məlumatı İrandan olan həmkarı ilə görüşündən sonra Sergey Narışkin jurnalistlərə bildirib.  

O qeyd edib ki, iranlı həmkarı ilə  narkotik ticarəti, terrorizm kimi beynəlxalq cinayətkarlığa qarşı mübarizədən danışıb. Dövlət Duması spikerinin sözlərinə görə bu baxımdan, İran parlamenti üzvlərinin KTMT Parlament Assambleyasında müşahidəçi kimi iştirak imkanlarını müzakirəyə çıxarıblar.

“Biz hesab edirik ki, İranın KTMT Parlament Assambleyasında iştirakı regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərinə böyük effektivlik verəcək”,-deyə Narışkin söyləyib.

Modern.az

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı