Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabaha olan hava proqnozunu açıqlayıb.
Bildirlib ki, noyabrın 20-də Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz, dəyişkən buludlu hava olacaq, arabir tutulacaq. Şimal-şərq küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu axşam saatlarında 7-10, gündüz 12-14 dərəcə isti olacaq.
Noyabrın 20-də respublikanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Aran rayonlarında temperatur gecə 4-9 dərəcə, gündüz 11-16 dərəcə isti, dağlıq ərazilərdə gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.
Modern.az