Modern.az

“Dərs ilinin azaldılmasına dair qərar orta məktəblərə aid deyil”

“Dərs ilinin azaldılmasına dair qərar orta məktəblərə aid deyil”

Education

20 Noyabr 2014, 12:05

“Orta məktəblərdə təhsil müddəti 31 mayda bitdiyi üçün, Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar dərs ilinin azaldılmasına dair qərar ancaq ali və orta ixtisas, eləcə də ilk peşə ixtisas müəssisələrinin tələbə və şagirdlərinə aiddir”.

Modern.az saytı xəbər verir ki, bunu Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirib.

Qeyd edək ki, 2015-ci ildə Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar olaraq paytaxtda yerləşən bütün təhsil müəssisələrində təhsil prosesi və imtahan sessiyasının 2015-ci il mayın 31-dək başa çatdırılması qərar alınıb. Bu məqsədlə 2014/2015-ci tədris ili üçün Bakı şəhərində yerləşən ali və orta ixtisas təhsili müəssisələrində nəzəri təlim müddətinin (15 həftə) vaxtını dəyişmədən, imtahan sessiyalarına ayrılmış 5 həftənin 3 həftəyə qədər, qış tətili müddətinin 2 həftədən 1 həftəyə qədər, peşə-ixtisas təhsili müəssisələrində isə ikinci yarım il üçün nəzərdə tutulmuş təhsil müəddətinin 23 həftədən 21 həftəyədək azaldılması qərara alınıb.
Bununla bağlı Təhsil Nazirliyindən ali və peşə təhsili müəssisələrinə müvafiq məktublar göndərilib.

Məltəm TALIBZADƏ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı